“Beşiktaş”a görə klubundan ayrıldı

Futbol üzrə Türkiyə millisinin yarımmüdafiəçisi Gökhan Töre “Yeni Malatyaspor” klubundan ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Malatya klubu futbolçunun müqaviləsinə vaxtından öncə xitam verilməsi ilə əlaqədar 4 milyon TL məbləğində gəlir əldə edildiyini diqqətə çatdırıb. Gökhana xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.

Almaniyada dünyaya gələn, “Bayer”, “Çelsi” kimi klubların futbol akademiyasında yetişən Töre, peşəkar karyerasına “Hamburq”da başlayıb. O, sonralar “Rubin”, “Beşiktaş” və “Vest Hem”də də oynayıb. 28 yaşlı futbolçu ötən mövsümün əvvəlində “Beşiktaş”dan ayrılaraq “Yeni Malatyaspor”a keçmişdi. İndi isə Gökhanın yenidən “Beşiktaş”a qayıtması gözlənilir. Tərəflərin yaxın günlərdə rəsmi müqaviləyə imza atacağı bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button