“Beşiktaş” yeni baş məşqçisini rəsmən açıqladı

Türkiyənin “Beşiktaş” klubu yeni baş məşqçisinin adını rəsmən açıqlayıb.

Komanda.az xəbər verir ki, gözlənildiyi kimi, İstanbul təmsilçisini bundan sonra Sergen Yalçın çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda yeni baş məşqçi üçün sabah təqdimat mərasimi keçiriləcəyi diqqətə çatdırılıb. Sözügedən tədbirdə tərəflər 1,5 illik müqaviləyə imza atacaqlar.

Yeni baş məşqçi artıq öz işinə başlayıb. O, bu gün komandanı ilk məşqə də çıxarıb.

“Beşiktaş”ın əfsanəvi futbolçularından hesab olunan Sergen 1991-1997 və 2002-2006-cı illər aralığında İstanbul təmsilçisinin formasını geyinib. O, bu mövsümə “Yeni Malatyaspor”un baş məşqçisi kimi başlasa da, bir müddət əvvəl istefaya göndərilmişdi.

Qeyd edək ki, “Beşiktaş” hazırda Super Liqada 30 xalla 7-ci pillədə qərarlaşıb. “Qara qartallar”ı mövsümün əvvəlindən çalışdıran Abdullah Avcı uğursuz nəticələrə görə bir neçə gün əvvəl istefaya göndərilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button