“Beşiktaş” futbolçusunu icarəyə verdi

Türkiyənin “Alanyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Beşiktaş”ın gənc müdafiəçisi Alpay Çələbini heyətinə cəlb edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Alanyaspor” 21 yaşlı futbolçunu 2 illik icarəyə götürüb. Mərkəz müdafiəçisi yeni komandasında “4” nömrəli formanı geyinəcək.

2015-ci ildən “Beşiktaş”da olan Alpay Çələbi hələ bu klubun əsas komandasında debüt etməyib. O, geridə qalan mövsümdə “Kayserispor”da icarədə oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button