“Beşiktaş” erməni ilə yollarını ayırır

“Beşiktaş” futbolçusu Araz Özbilislə yollarını ayırmağa hazırlaşır.

Komanda.az xəbər verir ki, “qara qartallar” 29 yaşlı yarımmüdafiəçinin müqaviləsinə xitam verəcək. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“Beşiktaş” erməni futbolçu ilə iyun ayında müddəti 2021-ci ilə qədər olan yeni sözləşmə imzalamışdı.

“Beşiktaş” geridə qalan mövsümdə Özbilisi “Villem II ” klubuna icarəyə vermiş, ancaq bir müddət sonra erməni oyunçu Hollandiya təmsilçisi tərəfindən qovularaq, geri göndərilmişdi.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button