Super Liqada meydan sahiblərinin günü

Türkiyə Super Liqasında 22-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış matçında “Beşiktaş” səfərdə “Başakşəhər”lə qarşılaşıb. İstanbul derbisi meydan sahiblərinin qələbəsiylə başa çatıb.

Şənbə günü üç görüş baş tutub. “Dənizlispor” evdə “Kayserispor”a, “Konyaspor” isə “Göztəpə”yə məğlub olub. “Ankaragücü”nün qonağı olan “Fənərbaxça” da turu məğlubiyyətlə başa vurub.

Bazar günü “Alanyaspor” doğma meydanda “Gənclərbirliyi”nə minimal hesabla məğlub olub. Lider “Sivasspor” ən yaxın izləyicisi “Trabzonspor”la üz-üzə gəlib və məğlubiyyətlə üzləşib. “Qalatasaray” isə “Yeni Malatyaspor”la qarşılaşmadan qalib ayrılıb.

Sonuncu oyun günündə iki görüş baş tutub. “Antalyaspor” evdə “Kasımpaşa”ya, “Qaziantep” isə “Rizəspor”a qalib gəlib.

Türkiyə Super Liqası, 22-ci tur

14 fevral

Başakşəhər – Beşiktaş 1:0
Qol
: Demba Ba, 50.

15 fevral

Dənizlispor – Kayserispor 0:1
Qol
: Sapunari, 69.

Konyaspor – Göztəpə 1:3
Qol
: O.Şahiner, 34 – S.Gürler, 39. A.Kastro, 68. H.Akbunar, 74.

Ankaragücü – Fənərbaxça 2:1
Qol
: Lobjanidze, 13. Q.Rodriqes, 75 – S.Aziz, 90+5.

16 fevral

Alanyaspor – Gənclərbirliyi 0:1
Qol
: Stanku, 76.

Trabzonspor – Sivasspor 2:1
Qol
: Sorlot, 4. C.Osmanpaşa, 43-öz qapısına – Yatabare, 90+2.

Qalatasaray – Yeni Malatyaspor 1:0
Qol
: A.Büyük, 45-pen.

17 fevral

Antalyaspor – Kasımpaşa 3:1
Qol
: Yahoviç, 53. S.Gümüş, 59; 62 – A.Kara, 75.

Qaziantep – Rizəspor 2:0
Qol
: A.Souza, 52. Ciloboci, 90+2.

Bombardir: Aleksandr Sörlot (Trabzonspor) – 17 qol.