“Beşiktaş” 22 il idi belə qələbə görmürdü

“Beşiktaş”, Türkiyə Super Liqasının 27-ci turu çərçivəsində qarşılaşdığı “Rizəspor”la səfər oyunundan 7:2 hesablı qələbə ilə ayrılıb.

Komanda.az xəbər verir ki, bu nəticə İstanbul klubu üçün bir sıra məqamlarla əlamətdar olub.

Belə ki, “qara qartallar” 16 il sonra rəsmi oyunda 7 qola imza atıb. Sözügedən komanda sonuncu dəfə 7 qola 2002/03 mövsümündə, 2003-cü ilin 2 martında “Göztəpə” ilə ev oyununda sevinmişdi – 7:3.

“Beşiktaş”ın sonuncu dəfə səfərdə 7 qol vurması isə 22 il əvvələ təsadüf edirdi. “Qara qartallar” 1997/98 mövsümündə (1997-ci il, 22 noyabr) “Vanspor”la səfər oyununda 7:1 hesablı qələbəyə sevinmişdi.

“Beşiktaş” hazırda 50 xalla Super Liqada 3-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button