Beş futbolçuda koronavirus aşkarlandı – Liqa 1 klubunda

Fransanın “Strasburq” klubunun beş futbolçusunda koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Futbolçulardan götürülən testlərin beşi müsbət nəticə verib. Onların adları açıqlanmasa da, hər birinin öz evində karantinə alındığı və xüsusi nəzarətə götürüldüyü diqqətə çatdırılıb.

Yaranmış vəziyyətlə əlaqədar “Strasburq”un avqustun 1-də keçirilməsi nəzərdə tutulan “Nansi” ilə yoxlama oyunu ləğv olunub.