Berdıyevin istefası tələb olunur – “Qarabağ”a məğlubiyyətdən sonra

UEFA Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”a məğlubiyyətdən sonra (1:2) Qazaxıstanın “Kayrat” klubunun azarkeşləri komandanın baş məşqçisi Kurban Berdıyevin istefasını tələb edirlər.

Komanda.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, “Kayrat”ın azarkeşləri klub rəhbərliyindən 69 yaşlı türkmən mütəxəssisin istefaya göndərilməsini istəyirlər. Onlar komandanın əvvəlki baş məşqçi Aleksey Şpilevskinin geri qaytarılmasını tələb edirlər.

“Qarabağ” Konfrans Liqasının H qrupunda 7 xalla 2-ci, “Kayrat” isə 1 xalla 3-cü sırada yer alıb.