“Benfika”ya keçdi, ən bahalı transfer oldu

Portuqaliyanın “Benfika” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Benfika” “Almeriya”dan Darvin Nunezi transfer edib. Portuqaliya klubu bu transfer üçün 24 milyon avro ödəyib. Bu, həm klub tarixinin, həm də Portuqaliya çempionatının ən bahalı transferi olub.

“Benfika” Uruqvay millisinin üzvü ilə 2025-ci ilədək nəzərdə tutulan müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button