“Benfika”nın futbolçusu “Qalatasaray”da

Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az “A Bola” nəşrinə istinadən xəbər verir ki, “cim-bom” “Benfika”nın yarımmüdafiəçisi Jedson Fernandeşlə anlaşıb.

İstanbul klubu 23 yaşlı futbolçunu 1,5 milyon avro qarşılığında icarəyə götürüb. Portuqaliyalı futbolçu ilə 1,5 illik müqavilə imzalanacaq.

Jedson Fernandeş ötən mövsümün ikinci yarısını da icarə əsasında “Qalatasaray”da keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button