“Benfika”nın baş məşqçisi istefaya göndərildi

Portuqaliyanın “Benfika” klubu əsas komandanın baş məşqçisi Bruno Lage ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

44 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Lage Lissabon təmsilçisinə 2018/2019 mövsümündə ölkə çempionluğu və 2019-cu ildə super kubok qazandırıb.

Hazırda “Benfika” Portuqaliya çempionatında 2-ci yerdə gedir və lider “Portu”dan 6 xal geri qalır.

Qeyd edək ki, Bruno Lageni Maurisio Poçettinonun əvəzləyəcəyi bildirilir.