“Benfika”da baş məşqçi postu ilə bağlı qərar verildi

Portuqaliyanın “Benfika” klubu müvəqqəti olaraq komandada baş məşqçi postuna gətirilən Bruno Lageylə yeni müqavilə imzalayıb.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssislə müddəti 2023-cü ilə qədər olan yeni sözləşmə imzalanıb.

Lage yanvarın 19-da “Benfika”da baş məşqçi postuna təyin edilmişdi.

Portuqaliyalı çalışdırıcı “Benfika” ilə çıxdığı 7 qarşılaşmada 6 dəfə qələbə qazanıb, bir dəfə də məğlub olub.

“Benfika” Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyununda sabah “Qalatasaray”la qarşılaşacaq. Portuqaliyada keçiriləcək görüş saat 00:00-da start götürəcək. Komandalar arasında Türkiyədə keçirilən matçda “Benfika” rəqibini 2:1 hesabıyla məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button