Azərbaycan cüdoçularının dünya reytinqində mövqeləri açıqlandı

Belnəlxalq Cüdo Federasiyası İsrailin paytaxtı Təl-Əvivdə keçirilmiş “Böyük Dəbilqə”dən sonra yeni reytinq siyahısını dərc edib.

Komanda.az xəbər verir ki, siyahıda azərbaycanlı idmançı Rüstəm Orucov 73 kq çəki dərəcəsində 2-ci sırada yer alıb.

Kişilər

60 kq

  1. Davud Məmmədsoy – 1800 xal
  2. Kəramət Hüseynov – 1222 xal

66 kq

  1. Orxan Səfərov – 2794 xal
  2. Nicat Şıxəlizadə – 2582 xal

73 kq

  1. Rüstəm Orucov – 6575 xal
  2. Hidayət Heydərov – 3346 xal

81 kq

  1. Murad Fətiyev – 1416 xal
  2. Hidayət Heydərov – 600 xal

90 kq

  1. Məmmədəli Mehdiyev – 4309 xal
  2. Tural Safquliyev – 436 xal

100 kq

  1. Zelim Kotsoyev – 4447 xal
  2. Elmar Qasımov – 4100 xal

+100 kq

  1. Uşangi Kokauri – 2518 xal
  2. Şahin Qəhramanov – 644 xal

Qadınlar

48 kq

  1. Aişə Qurbanlı – 1753 xal
  2. Leyla Əliyeva – 1670 xal

52 kq

  1. Gültac Məmmədəliyeva – 1310 xal
  2. Aleksandra-Larisa Florian – 329 xal

57 kq

  1. Aleksandra-Larisa Florian – 1020 xal
  2. İçinxorlu Munxtsedev – 741 xal

+78 kq

  1. İrina Kindzerska – 2564 xal