Bellerin İspaniyaya qayıdır

Madrid “Atletiko”su “Arsenal”ın müdafiəçisi Hektor Bellerini transfer etməyə hazırlaşır.

Komanda.az “El Desmarque”-yə istinadən xəbər verir ki, Madrid klubu artıq futbolçunun nümayəndələri ilə ilk danışıqları aparıb. İndi “Atletiko” futbolçunun transferini “Arsenal”ın özü ilə müzakirə etməyə başlayacaq.

İspan futbolçu özü də Londonu tərk etmək qərarına gəlib. Amma onun əsas məqsədi “Betis”ə qayıtmaqdır. Bellerinlə “Fiorentina” və “Roma” da maraqlanır.

İspaniyalı müdafiəçi 2011-ci ildə “Arsenal”a keçib. O, komandanın heyətində 239 matçda 9 qol vurub və 29 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button