Futbolçulardan kluba jest: 1 aylıq məvaciblərindən imtina etdilər

Belçikanın “Anderlext” klubunun futbolçuları mart ayının məvacibindən imtina ediblər.

Komanda.az xəbər verir ki, bu barədə klubun icraçı direktoru Karel Van Etvelt açıqlama verib. O, futbolçuların mart ayının məvacibindən imtina etdiyini və bunun kluba 2 milyon avro yardım olduğunu deyib.

Belçikada da koronavirus pandemiyasına görə futbol yarışları təxirə salınıb.