Belçikalı futbolçu milli karyerasını bitirdi

Çinin “Şandun Lunen” klubunun şərəfini qoruyan Maruan Fellaini, Belçika yığmasındakı karyerasını başa vurduğunu açıqlayıb.

Komanda.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat yayıb. 31 yaşlı yarımmüdafiəçi, bir daha millinin formasını geyinməyəcəyini bəyan edib.

Fellaini 2007-ci ildə debüt etdiyi Belçika millisində 87 oyuna çıxıb, 18 qol vurub.

2013-2019-cı illər aralığında “Mançester Yunayted”də çıxış etmiş Fellaini, “Şandun Lunen”ə də məhz İngiltərə klubundan transfer olunub.