Belçika yığması Fransa ilə oyundan imtina etdi

Futbol üzrə Fransa milli komandası AÇ-2020-yə hazırlıq məqsədi ilə yoldaşlıq oyunları üçün rəqib tapmaqda çətinlik çəkir.

Komanda.az xəbər verir ki, bir neçə komanda fransızlarla qarşılaşmaqdan imtina edib.

Onlardan biri Belçika yığması olub. Bu millilər arasında gələn ilin martında yoldaşlıq matçının keçirilməsi barədə ilkin razılıq əldə olunsa da, belçikalılar fikirlərini dəyişiblər.

Müvafiq qərarı baş məşqçi Belçika yığmasının baş məşqçisi Roberto Martines qəbul edib. Onun fikrincə, AÇ-2020 ərəfəsində məğlub olmaq komandanın əhval-ruhiyyəsinə mənfi təsir göstərə bilər. İmtinaya digər səbəb kimi Belçikanın yeniləcəyi təqdirdə FIFA reytinqində liderliyini itirmək qorxusudu.

Xatırladaq ki, Belçika 1765 xalla FIFA reytinqində liderdi. Fransa 1733 xalla 2-ci, Braziliya isə 1712 xalla 3-cü sıradadı.