“Jurnalistlər belə şeylər yazmağı dayandırmalıdır” – Kurtua

Belçika millisinin üzvü Tibo Kurtua AÇ-2020-nin seçmə mərhələsində San Marinonu məğlub etdikləri oyundan (9:0) sonra açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 27 yaşlı qapıçı, psixoloji problemlərinin olduğu iddialarına da cavab verib:

“Yüksək səviyyəli oyunçu olmağın nə demək olduğunu bilirəm. Çox xoşbəxtəm ki, psixoloji problemlərim yoxdur. Əsəbi biri deyiləm. Jurnalistlər belə şeylər yazmağı dayandırmalıdır. Ən azından bu cür problemləri olan insanlara hörmətsizlikdir.

“Real” azarkeşləri hər zaman ən yaxşısını tələb edir. Mən yenidən onların rəğbətini qazanmaq üçün əlimdən gələni edəcəm”.

İspaniya mətbuatı Kurtuanın psixoloji problemləri olduğunu iddia edirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button