Belçika millisinin üzvü seçim qarşısında: Ya “Mançester Siti”, ya da…

“Monako”nun futbolçusu Yuri Tilemans “Mançester Siti”nin diqqət mərkəzinə düşüb.

Komanda.az xəbər verir ki, “şəhərlilər” 22 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “The Sun” nəşri məlumat yayıb. “Mançester Siti”nin Tilemans üçün “Monako”yla danışıqlara başlayacağı gözlənilir.

“Monako”nun baş məşqçisi Leonardo Jardimin komandada görmək istəmədiyi Tilemans da Fransa klubundan ayrılmaq niyyətindədir. “Lester” klubu da son mövsümü icarə əsasında komandada keçirən belçikalı futbolçunu transfer etmək istəyir.

Tilemans Belçika millisinin də şərəfini qoruyur.