Ardıcıl 3 oyun uduzdu və qovuldu

Belçikanın “Anderlext” klubu baş məşqçisi Fred Ruttenlə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Ruttenin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Holland mütəxəssisin göndərilməsinə səbəb, “Anderlext”in Belçika çempionatının pley-off mərhələsində ardıcıl 3 oyun uduzması olub.

Rutten 2019-cu ilin yanvarından “Anderlext”ə rəhbərlik edirdi.