“Anderlext” Kompaniyə görə cəzalandı

Belçika Futbol Federasiyası “Anderlext” klubunu cəzalandırıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, yerli federasiya “Anderlext”i Vensan Kompaniyə görə cəzalandırıb. Kompani ötən yay “Anderlext”də oyunçu-məşqçi olmuşdu. Klubun cəzalanmasına səbəb 33 yaşlı müdafiəçinin məşqçilik üçün Pro kateqoriyasının olmamasıdır.

Belçika Futbol Federasiyası “Anderlext”ə 5 min avro pul cəzası verib.

“Anderlext”də bir müddət əvvəl baş məşqçi postuna Frank Verkoteren gətirilib.