Belarusda çempion bəlli oldu

Futbol üzrə Belarus çempionatında 2020 mövsümü başa çatıb.

Komanda.az xəbər verir ki, çempion bu gün keçirilən sonuncu tur matçlarının ardından müəyyənləşib.

Lider BATE Minskdə “Dinamo” ilə qolsuz bərabərə qalaraq qızıl medal şansını əldən verib. Əsas rəqibinin büdrəməsindən məharətlə yararlanan Soliqorsk “Şaxtyor”u isə doğma arenasında “Minsk” üzərində dramatik qələbə qazanıb – 4:2. Beləcə, sözügedən komanda 59 xalla liderliyi və ölkə çempionluğunu təmin edib. BATE 58 xalla ikinci, 56 xala malik “Jodino” üçüncü olub.

Qeyd edək ki, “Şaxtyor” tarixində ikinci dəfə Belarus çempionu olub. Komanda ilk dəfə 2005-ci ildə qızıl medallara yiyələnib.