Belarus Futbol Federasiyasının sədri Çexiyadan qovuldu

Belarus Futbol Federasiyasının sədri Vladimir Bazanov və həyat yoldaşı Çexiyadan qovulublar.

Komanda.az xəbər verir ki, buna onların epidemiya əleyhinə tədbirləri pozmaları səbəb olub.

Vladimir Bazanov ötən gün xanımı ilə birlikdə ölkəyə giriş icazəsi olmadığı üçün saxlanılıb. Federasiya rəhbəri qadınlardan ibarət yığmanın oyunu üçün Çexiyaya səfər edib. Amma bu qarşılaşma da təxirə salınıb.

Bazanov 2019-cu ildən federasiyaya rəhbərlik edir.