Valverdedən Neymarla bağlı açıqlama

“Barselona”nın baş məşqçisi Ernesto Valverde açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis, adı Kataloniya klubu ilə yanaşı çəkilən PSJ-nin hücumçusu Neymarla bağlı danışıb:

“Hər dəfə transfer pəncərəsi dövründə böyük gözləntilər olur və Neymar kimi futbolçular da böyük ümid yaradırlar. O, PSJ-nin futbolçusudur və biz də öz oyunumuza köklənməliyik. Belə transfer söhbətləri ilə yaşamağa öyrəşmişik. Bu söz-söhbətlər bizə təsir etsəydi, oynamağımız mümkünsüz olardı”.

İspan mütəxəssis, keçən mövsüm Çempionlar Liqasında yaşadığı uğursuzluqdan sonra komandadakı vəziyyətiylə bağlı bunları deyib:

“İbiza adasında tətildə olan dostumla müqayisədə vəziyyətim pisdir. Amma Aralıq dənizində miqrantları xilas edərkən çətinlik yaşayan başqa birinə nisbətən yaxşıyam”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button