“Belə rəqiblə oyunda iki dəfə 100 faizli imkanı qaçırırsansa, bunun acısını çəkirsən”

Futbol üzrə Azərbayan Premyer Liqasının 4-cü turu çərçivəsində doğma meydanda “Zirə”yə 1:2 hesabı ilə uduzan “Sumqayıt”ın məşqçisi Elnur Çodarov mətbuat konfransı keçirib.

Komanda.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.

  • İlk yarıya pis başladıq. Bunun nəticəsi kimi qapımızda qol gördük. Ancaq tədricən toparlandıq və fasiləyədək hesabı bərabərləşdirdik. İkinci hissədə daha yaxşı oynadıq. “Zirə” kimi komandayla oyunda iki dəfə 100 faizli imkanı qaçırırsansa, bunun acısını çəkirsən.
  • İkinci qolda Tiqrudja əllə oynadı…
  • Həmin anı görmədim. Amma oyundan sonra təkrarda gördüm ki, əllə oyun var idi.
  • Sərtan Taşkını böyük ümidlərlə transfer etsəniz də, ikinci oyundu ki, tempə tab gətirmir. Problem nədədi?
  • Doğru qeyd edirsiniz. Onun şəxsi həyatında müəyyən problemlər var. İnanırıq ki, hər şey qaydasına düşəcək. (sport24.az)
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button