“Belə oynasaq, bütün matçlarda qalib gələ bilərik”

“Neftçi”nin yarımmüdafiəçisi Saman Nərimancahan və hücumçu Mirabdulla Abbasov Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyundan (4:0) sonra klubun rəsmi saytına açıqlama veriblər.

Komanda.az xəbər verir ki, Nərimancahan belə oyunla komandanın bütün matçlarda qalib gələ biləcəyini deyib, Mirabdulla isə qol vurduğu üçün sevincini gizlətməyib.

Saman Nərimancahan: “Çox yaxşı oynadıq. Belə oynasaq, bütün matçlarda qalib gələ bilərik. Futbolçularımız bir-biri ilə yaxşı anlaşırdı. Komandanın hər bir üzvü bacarığını ortaya qoydu. Sevinirəm ki, inamlı qələbə qazandıq”.

Mirabdulla Abbasov: “Qol vurduğum üçün çox şadam. Yavaş-yavaş əvvəlki formamı bərpa edirəm. Oyuna gəlincə, tam istədiyimiz kimi keçdi. Qarşıdakı matçlarda da maksimum xal toplamaq lazımdı”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button