“Belə hallar bizi komanda olaraq gücləndirir” – Henderson

İngiltərə Premyer Liqasının 10-cu turu çərçivəsində “Brayton”la 1:1 hesablı bərabərliyə razılaşan “Liverpul”un kapitanı Cordan Henderson açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ingiltərəli futbolçu, qələbəyə layiq olduqlarını bildirib:

“Nəticəni qəbul etmək çətindir, xüsusilə də, son dəqiqələrdə qələbəni əldən verdiyimiz üçün təəssüflənirik. Bu nəticənin komandaya böyük təsir edəcəyini düşünmürəm. Belə hallar bizi komanda olaraq gücləndirir. Çıxışımızdan razı qaldım. Üç xala layiq idik, buna görə də, məyus olduq. Növbəti oyunlar üçün hazırlaşmalı və futbolçularla toparlanıb, əvvəlki formamıza qayıtmalıyıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button