“Belə bir futbolçu istənilən komandada xoş qarşılanır” – Karvahal

İspaniyanın “Real” klubunun futbolçusu Dani Karvahal açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu, yay transfer pəncərəsi dövründə adları “kral klubu” ilə yanaşı çəkilən Pol Poqba və Neymarla bağlı danışıb:

“Gedən söhbətlərdə Neymarın bir gün “Barselona”ya getdiyi, digər gün bizə qoşulduğu deyilirdi. O, dünyanın ən yaxşı üç futbolçusundan biridir. Belə bir futbolçu istənilən komandada xoş qarşılanır.

Poqbanın da transferi yaxşı səslənirdi. Transferlər hər yerdə fərqli şəkildə baş verir, amma nəticə etibarı ilə Poqba “Real”a transfer olunmadı. Bizimlə olmayan futbolçular haqqında düşünmürük”.

İspan futbolçu, Madrid klubunun hazırkı vəziyyətini də şərh edib:

“Hər zaman komandada köklü dəyişikliklərdən danışılır. Amma bir çox insanın olmaq istədiyi və heç kəsin ayrılmaq istəmədiyi “Real” kimi bir komandada bu, asan deyil. Yeni transferlərimiz də komandaya kömək etmək üçün burdadırlar”.

La Liqada üç turdan sonra 5 xal toplayan “Real” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button