“Belə oyun bizim üçün sürpriz oldu” – Tuxel

PSJ-nin baş məşqçisi Tomas Tuxel komandanın UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində öz meydanında “Mançester Yunayted”ə  1:2 hesabı ilə məğlub olduğu oyundan sonra açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, alman mütəxəssis, məğlubiyyətlə bağlı bunları deyib:

“İlk hissədə bütün şanslarımızı əldən verdik. Oyunumuzda intensivlik, aqressivlik çatmırdı, inamlı oyun göstərmədik. Oyuna hazırlığımız yaxşı idi. Niyə belə alındı, bilmirəm. Belə oyun bizim üçün sürpriz oldu.

İkinci hissədə daha çox cəhd etdik, qol vurduq, hesabı bərabərləşdirdik. Məğlub olmaq çətindir. İnkişaf etmək bizim əlimizdədir”.