“Belə futbolçu üçün vaxtım yoxdur” deyə, düşünmüşdüm” – Klopp

İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Yurgen Klopp Sadio Mane ilə bağlı açıqlama verib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, alman mütəxəssis, Mane ilə bağlı bunları deyib:

“Mane ilə ilk tanışlığımızı xatırlayıram. Dortmundda qarşılaşmışdıq. O görüntüsü ilə Mane repçiyə oxşayırdı. “Belə futbolçu üçün vaxtım yoxdur” deyə, düşünmüşdüm. O zaman heyətimiz pis deyildi. İnkişaf etdirəcəyim bir futbolçuya ehtiyacım vardı. İnsanların necə olduğunu çox yaxşı hiss etdiyimi deyirdim, amma həmin vaxt yanılmışdım. Manenin karyerasını, “Zalsburq”dakı uğurlarını izlədim. O, möhtəşəm futbolçudur. Mənim onunla çalışmaq istədiyim qədər o da mənimlə işləmək istədi”.