Bekhemin Silva arzusu

“Mançester Siti” ilə müqaviləsi cari mövsümün sonunda başa çatacaq David Silva karyerasını ABŞ-da davam etdirə bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Devid Bekhemin prezidenti olduğu “İnter Mayami” 34 yaşlı futbolçunun xidmətində maraqlıdır. Tezliklə MLS-də debüt etməyə hazırlaşan komandanın Silvanı azad agent olaraq heyətinə qatmaq istədiyi bildirilir.

Bir müddət əvvəl ispan futbolçunun ABŞ-ın digər klubu “Nyu York Siti”nin də hədəfində olduğu bildirilmişdi.

2010-cu ildən “Mançester Siti”nin şərəfini qoruyan Silva, cari mövsümdə iştirak etdiyi 28 oyunda 3 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.