Roy Makay Şotlandiya klubunda

“Bayern”in sabiq futbolçusu Roy Makay Şotlandiyada çalışacaq.

Komanda.az xəbər verir ki, niderlandlı keçmiş hücumçu “Reyncers” komandasında məşqçilik edəcək. Bu barədə Makay özünün “instaqram” hesabında paylaşım edib.

“Reyncers”də bir müddət əvvəl baş məşqçi postuna niderlandlı keçmiş futbolçu Covanni van Bronkhorst gətirilib.