“Bayern”in Maneni təqdim edəcəyi vaxt məlum oldu

“Bayern”in hücumçu Sadio Maneni nə vaxt rəsmən təqdim edəcəyi məlum olub.

Komanda.az “Kicker”-ə istinadən xəbər verir ki, Almaniya klubu çərşənbə günü rəsmi olaraq Maneni təqdim edəcək. Təqdimat mərasimi “Allianz Arena”da baş tutacaq.

Daha əvvəl “Liverpul”un hücumçusunun “Bayern”ə transfer olunmazdan əvvəl iyunun 21-də tibbi müayinədən keçəcəyi bildirilirdi.

“Sky Sports”-un məlumatına görə, Münhen klubu 30 yaşlı futbolçu üçün 42,5 milyon funt-sterlinq ödəyəcək. “Bayern” Mane ilə 3 illik müqavilə imzalayacaq.

Mane 2016-cı ilin iyulundan “Liverpul”da çıxış edir. O, 2021/22 mövsümündə komandanın heyətində 51 matçda 23 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin