Jurnalistlər ilin ən yaxşı futbolçusunu seçdilər

“Bayern”in hücumçusu Robert Levandovski Avropa jurnalistlərinin səsverməsi nəticəsində 2021-ci ilin ən yaxşı futbolçusu seçilib.

Komanda.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Polşalı futbolçu 209 səslə qalib olub.

İkinci sırada 166 səslə “Çelsi”nin futbolçusu Jorjinyo yer alıb.

İlk üçlüyü 161 səslə PSJ-nin hücumçusu Lionel Messi tamamlayıb.