“Bayern”dəki anlaşılmazlıqdan yararlanmaq istəyir – “Real”

“Real” “Bayern”in hücumçusu Serj Qnabri ilə maraqlanır.

Komanda.az xəbər verir ki, İspaniya çempionu futbolçunun müqaviləsinin yenilənməsi ilə bağlı yaranmış vəziyyətdən yararlanmaq istəyir. Hazırda bu yöndə danışıqlar dalana dirənib.

26 yaşlı futbolçu danışıqların uzanmasından narazıdır. Münhen nəhəngi artıq Leon Qoretska və Coşua Kimmixlə yeni müqavilə bağlayıb ki, bu da Qnabrini özündən çıxardıb.

“Real” klubla futbolçu arasında yaranan bu anlaşılmazlıqdan maksimum faydalanmaq niyyətindədir.

Qnabrinin “Bayern”lə qüvvədə olan müqaviləsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub.