“Bayern” Levandovskiyə əvəzləyici tapıb

“Bayern” hücumçu Robert Levandovskini əvəzləmək qərarına gəlib.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, 33 yaşlı polşalı forvard “Barselona”ya keçmək istədiyi üçün Münhen klubu “Tottenhem”in hücumçusu Harri Keyni transfer etməyə çalışacaq.

Levandovski ötən mövsüm “Bayern”in heyətində 47 oyunda 50 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.

28 yaşlı Keyn “Tottenhem”in heyətində 50 oyunda 27 qol vurub və 10 məhsuldar ötürmə edib. Onun London klubu ilə müqaviləsi 2024-cü il iyunun 30-dək qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button