“Bayern” də razıdır, Müller də

Almaniyanın “Bayern” klubu hücumçusu Tomas Müllerlə müqavilənin müddətini uzadacaq.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, bunu klubun idarə heyətinin üzvü Oliver Kan açıqlayıb. O, tərəflər arasında razılıq əldə olunduğunu söyləyib:

“Müllerlə razılıq əldə olunub. Əminəm ki, yaxın müddətdə yeni müqaviləni açıqlayacağıq”.

Müllerin Münhen klubu ilə hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button