“Hakim 6 dəqiqəlik vaxt əlavə edəndə az qala ağlayacaqdım”

“Bayer”in qapıçısı Lukaş Qradeçki Bundesliqanın 13-cü turunda “Bavariya”nı məğlub etdikləri oyundan sonra maraqlı etiraf edib.

Komanda.az xəbər verir ki, 30 yaşlı futbolçu, oyunun gedişində linzasını itirdiyini deyib:

“Oyunun ilk hissəsində linzamı itirdim. Təxminən 20 dəqiqə heç nə görmədim. Hakim 6 dəqiqəlik vaxt əlavə edəndə az qala ağlayacaqdım. Şanslıyıq, çox möhtəşəm oyun sərgilədik”.

“Bayer”in “Bavariya”nı 2:1 hesabıyla məğlub etdiyi oyunda Qradeçki 10 seyv edib.