“Bavariya”nı 1/8 finala buraxmadılar

Futbol üzrə Almaniya kubokunda 1/16 final mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, bu gün daha bir görüş baş tutub.

“Bayer” doğma meydanda “Ayntraxt”la qarşılaşıb. Oyunda hesabı Frankfurt təmsilçisi açıb. Lakin qalan dəqiqələrdə dörd qol vuran meydan sahibləri 1/8 finala vəsiqə qazanıblar.

Mərhələnin sonuncu görüşündə “Bavariya” səfərdə “Holştayn Kil”lə qarşılaşıb. Münhen təmsilçisi bu oyunda penaltilər seriyasında uduzaraq mübarizəni dayandırıb.

Almaniya kuboku, 1/8 final

12 yanvar

Bayer – Ayntraxt 4:1

13 yanvar

Holştayn Kil – Bavariya 2:2 (penaltilər 6:5)

Beləliklə, Almaniya kubokunun yarımfinalında aşağıdakı kollektivlər üz-üzə gələcəklər:

Rot-Vayss Essen – Bayer
Volfsburq – Şalke
Holştayn Kil – Darmştadt
Yan Regensburq – Köln
Ştutqart – Borussiya (Münhenqladbax)
Verder – Qroyter
Leyptsiq – Boxum
Borussiya (Dortmund) – Paderborn

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button