“Bavariya”nın yeni transferi sıradan çıxdı

Almaniya çempionu “Bavariya”nın bu yay transfer etdiyi Tanqi Kuassi sıradan çıxıb.

Komanda.az xəbər verir ki, Münhen klubunun 18 yaşlı müdafiəçisi Fransanın U-20 yığmasının düşərgəsində zədələnib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Futbolçunun qeyri-müəyyən müddətə sıradan çıxdığı diqqətə çatdırılıb.

Qeyd edək ki, “Bavariya” Kuassini bu yay Fransa çempionu PSJ-dən transfer edib.