Hərəyə 1 qol, 1 xal

Almaniya Bundesliqasında 30-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma keçirilib. Lider “Bavariya” “Verder”i qəbul edib. Münhen klubu minimal hesabla qalib gəlib.

Turun maraqla gözlənilən qarşılaşmasında “Şalke” doğma azarkeşləri qarşısında “Hoffenhaym”la münasibətlərinə aydınlıq gətirib. Yeddi qolun qeydə alındığı matçda sevinən tərəf qonaqlar olub. “Auqsburq” da doğma meydanda “Ştutqart”ı 6 cavabsız qolla məğlub edib.

Bazar günü iki oyun baş tutub. “Herta” – “Hannover” qarşılaşmasında qapılara qol vurulmayıb. Dortmund “Borussiya”sı isə “Frayburq”la səfər oyununda 4 cavabsız qola sevinib.

Son oyun günündə “Ayntraxt” səfərdə “Volfsburq”la münasibətlərinə aydınlıq gətirib. Frankfurt təmsilçisi qələbəni son anda əldən verib.

Almaniya Bundesliqası, 30-cu tur

20 aprel

Auqsburq – Ştutqart 6:0
Qol
: Xedira, 11. Han, 18. F.Maks, 29; 58. Rixter, 53; 68.

Bavariya – Verder 1:0
Qol
: Sule, 75.

Bayer – Nürnberq 2:0
Qol
: Alario, 61. Volland, 86.

Maynts – Fortuna 3:1
Qol
: Mateta, 1; 87. Onisivo, 67 – Lukebakio, 19.

Borussiya M – Leyptsiq 1:2
Qol
: Plea, 61 – Halstenberq, 17-pen; 53.

Şalke – Hoffenhaym 2:5
Qol
: Kaliqiuri, 60-pen. Burqstaller, 90 – Belfodil, 25; 80. Kramariç, 45. Salai, 65. Amiri, 73.

21 aprel

Frayburq – Borussiya D 0:4
Qol
: Sanço, 12. Roys, 54. Qotse, 79. Alkaser, 87-pen.

Herta – Hannover 0:0

22 aprel

Volfsburq – Ayntraxt 1:1
Qol
: Bruks, 90 – De Quzman, 78.

Bombardir: Robert Levandovski (Bavariya) – 21 qol.