“Bavariya”nın ilk rəqibi bilindi

“Bavariya” klubunun yeni mövsümdə Almaniya kubokundakı ilk rəqibi bilinib.

Komanda.az xəbər verir ki, Münhen təmsilçisi ilk turda “Energi” klubu ilə qarşılaşacaq. Bu barədə “Bavariya”nın rəsmi saytı məlumat yayıb.

Daha əvvəl “Bavariya” və “Energi” klubları 12 dəfə üz-üzə gəlib. Bu matçlarda “Bavariya”nın 10 qələbəsi varsa, Kottbus təmsilçisi 2 dəfə qələbəyə sevinib. “Energi” Almaniyanın 3-cü liqasında mübarizə aparır.

Almaniya kubokunun ilk turunun oyunları 9-12 avqust tarixlərində olacaq.