“Bavariya”nın iki futbolçusundan 1 milyon avroluq yardım

Almaniya çempionu “Bavariya”nın futbolçuları Leon Qoretska və Yozua Kimmix ölkədə yayılan koronavirus epidemiyasına qarşı mübarizə üçün 1 milyon avroluq yardım edib.

Komanda.az xəbər verir ki, bu barədə Qoretska özünün “Tvitter” hesabı vasitəsilə məlumat yayıb.

“Meydanda istənilən rəqibi məğlub edə bilərik. Amma koronavirusa yalnız birlikdə qalib gəlməyimiz mümkündü. Buna görə də Kimmixlə birlikdə koronavirusla mübarizəyə 1 milyon avro yardım etdik”.

Qeyd edək ki, Almaniyada 15 mindən çox insan koronavirusa yoluxub. Bu epidemiyanın qurbanlarının sayı isə 40-ı keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button