“Bavariya” “Çelsi”nin futbolçusunu “qaralayıb”

“Çelsi”nin futbolçusu Kallum Hadson-Odoi Almaniya klubunun hədəfindədir.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Bavariya” 19 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir. Münhen klubu komandadan ayrılan İvan Perişiçin boşluğunu ingiltərəli futbolçuyla doldurmaq istəyindədir. Bundesliqa təmsilçisinin bu transfer üçün danışıqlara başlamağa hazır olduğu bildirilir.

Kallumun adı “Leyptsiq” və “Yuventus”la da yanaşı çəkilir.

Onun “Çelsi” ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button