“Bavariya”nın futbolçusunda koronavirus aşkarlandı

“Bavariya”nın yarımmüdafiəçisi Korentin Tolissoda koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.

İstirahətdə olan fransız futbolçudan götürülmüş COVİD-19 testi pozitiv çıxıb. Bu üzdən də 26 yaşlı yarımmüdafiəçi karantinə alınıb.

Fransa yığmasının üzvü 2017-ci ildən “Bavariya”da çıxış edir.