O da “Bavariya”dan ayrılır

“Bavariya”nın futbolçusu Xavi Martines Münhen təmsilçisindən ayrılmağa hazırlaşır.

Komanda.az xəbər verir ki, ispan yarımmüdafiəçi bu mövsüm az şans qazanmasından şikayətçidir. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Martinesin qış transfer pəncərəsi dövründə “Bavariya”dan ayrılacağı gözlənilir.

2012-ci ildən “Bavariya”da forma geyinən 31 yaşlı yarımmüdafiəçi bu mövsüm 5 oyunda iştirak edib.

Bir müddət əvvəl Tomas Müllerin də az şans qazandığı üçün “Bavariya”dan ayrılacağı iddia olunurdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button