“Bavariya”nın futbolçusu üçün 3 “elçi”

“Bavariya”dan ayrılacağı gözlənilən Jerom Boatenq bir neçə Avropa klubunun diqqət mərkəzinə düşüb.

Komanda.az xəbər verir ki, 30 yaşlı müdafiəçiylə PSJ, “Yuventus” və Dortmund “Borussiya”sı yaxından maraqlanır. Bu barədə Almaniya mətbuatı məlumat yayıb. Boatenqin transfer dəyəri 30 milyon avrodur.

2011-ci ildən “Bavariya”nın şərəfini qoruyan almaniyalı futbolçu, bu mövsüm 28 oyunda iştirak edib.

Münhen təmsilçisinin prezidenti Uli Honess bir müddət əvvəl Boatenqin “Bavariya”da qalmasının çətin olduğunu deyib.