“İndi Ronaldoyla bir komandada olsaydım, daha yaxşı olardım” – Müller

“Bavariya”nın futbolçusu Tomas Müller eyni komandada oynamaq istədiyi futbolçunun adını açıqlayıb.

Komanda.az xəbər verir ki, “goal.com”a danışan 30 yaşlı hücumçu, bunları deyib:

“Bəlkə də, karyeramın sonlarında Lionel Messiylə oynamaq istəyərəm. Çünki əvvəllər sırf hücumçu kimi oynayırdım. Ancaq indi daha yaxşı vəziyyətdəyəm və kömək edə bilərəm.

İndi Kriştiano Ronaldoyla bir komandada olsaydım, daha yaxşı olardım. Amma “Bavariya”da da Robert Levandovski var. İndiki vəziyyətdə o, Ronaldodan daha yaxşı seçimdir.

Messi və Ronaldoya qarşı oynamışam. Hər ikisi ilə matçlarda qazandığım da olub, uduzduğum da. Onlar möhtəşəm futbolçulardır. Hər zaman yüksək səviyyədə oynayırlar”.