“Bavariya”nın hücumçusu zədələndi

“Bavariya”nın futbolçusu Serj Qnabri zədələnib.

Komanda.az xəbər verir ki, 25 yaşlı hücumçu Bundesliqanın 16-cı turu çərçivəsində “Frayburq”la keçirilən matçda (2:1) sıradan çıxıb. Qarşılaşmanın 28-ci dəqiqəsində zədələnin Qnabri Leroy Sane ilə əvəzlənib.

Alman hücumçunun son durumu tibbi müayinədən sonra bilinəcək.

Qnabri bu mövsüm Bundesliqada 14 oyunda 4 qol vurub.