“Yuventus”a keçməyə razılıq verdi – “Bavariya”nın futbolçusu

“Bavariya”nın futbolçusu David Alaba mövsümün sonunda “Yuventus”a keçəcək.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, Turin təmsilçisinin avstriyalı futbolçu ilə razılığa gəldiyi bildirilib. 28 yaşlı müdafiəçi mövsümün sonunda azad agent kimi “Yuventus”a keçəcək.

2009-cu ildən “Bavariya”da çıxış edən Alabanın müqaviləsi 2021-ci ilin yayına qədərdir.